Pato “Milan”dan gedir
16.04.2010 - 15:55
Pato “Milan”dan gedir
İtaliyanın “Milan” klubunun və Braziliya millisinin hücumçusu Aleşandre Pato yayda İtaliyanı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu bir neçə dəfə Milandan ayrılmayacağını açıqlasa da, onun İspaniya və İngiltərə arasında seçim edəcəyi bildirilir.

Klub rəhbərliyi 65 milyon avro qarşılığında futbolçunu satacaqlarını açıqlayıb. Patonun xidmətində Madrid “Real”ı və “Çelsi” maraqlıdır. Hətta “Çelsi” rəhbərliyi Patonun qarşılığında müdafiəçisi Branislav İvanoviçi və müəyyən məbləğdə pul təklif edib.

Qeyd edək ki, Pato cari mövsümdə “Milan”ın heyətində A seriyasında 20 qarşılaşmada 12 qola imza atıb.