“Yuventus” yumurta atəşinə tutuldu
16.04.2010 - 15:59
İtaliyanın “Yuventus” klubunun futbolçuları azarkeşlərin hücumuna məruz qalıb. Apasport.az saytının məlumatına görə, 100-dək fanat A seriyasının növbəti turunda “İnter”lə səfərdəki oyun öncəsi doğma komandalarının avtobusunu daş və yumurta atəşinə tutub.
Azarkeşlər “Yuventus”un Milan şəhərində qaldığı otelin qarşısına insident yaradıblar. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Baş məşqçi Alberto Zakkeroni və futbolçular avtobusdan tez düşərək, otelə giriblər. Azarkeşlər cari mövsümdə uğursuz çıxışa görə “Qoca Sinyora”nın futbolçularını söyüb, onların və rəhbərliyin ünvanına şüarlar səsləndiriblər. İnsidentə baxmayaraq, polis müdaxiləsinə ehtiyac olmayıb. Hətta komandanın Turinə qayıtmasının mümkünlüyü ilə bağlı söz-söhbətlər gəzsə də, klubdan bunu təkzib ediblər.
Qeyd edək ki, “İnter” – “Yuventus” oyunu bu gün Bakı vaxtilə saat 23:45-də başlayacaq.

0
0