Ağasəlim Mircavadov: Riski ağılla etmək lazımdır, kor-koranə yox
03.05.2010 - 13:51
“Cari mövsümdə “Neftçi” ilə keçirdiyimiz görüşlərin hamısının qolsuz heç-heçə nəticələnməsi, həqiqətən də qəribə haldır. Ancaq hər halda, axtarsanız səbəbini taparsınız”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
“Neftçi” ilə “Xəzər-Lənkəran” arasında Unibank Premyer Liqasında keçirilən görüşlərin dördü də 0:0 hesabı ilə nəticələndi ki, bunu da futbolda nadir hadisələrdən saymaq olar. Prinsipial rəqiblərin görüşünün ən çox iştirakçılarından, hər iki komandanın baş məşqçisi olan Mircavadov da bunu təsadüf saymır: “Bu, təsadüf deyil, oyundur. Hər halda, Lənkərandakı oyunda qol vurmuşduq, ancaq saymadılar. “Neftçi” ilə başqa görüşlərdə də qol vura bilərdik. Son oyunda udmalı idik, yaxşı qol imkanlarımız olub. Həqiqətən də cari mövsümə qədər “Neftçi” – “Xəzər-Lənkəran” oyunlarında həmişə qol qeydə alınıb. Ancaq bu dəfə baş vermədi. Deməzdim ki, bu, komandaların risk etməməyi ilə bağlıdır. Biz risk edir, qol vurmaq, qələbə qazanmaq üçün meydana hücumçu buraxmışıq. Bilirsiniz, risk edəndə də bunu düzgün, ağılla etmək lazımdır, daha kor-koranə yox. Düşünülməmiş riskin fəsadları pis ola bilər”.
“Xəzər-Lənkəran” “Neftçi” ilə oyunda yenə xal itirsə də, liderliyini bir qədər möhkəmlətdi. Komandanın ən yazın izləyiciləri “İnter”lə “Bakı”nın uduzması, xal fərqinin artması ilə nəticələndi. “İnter”i məğlub edən “Qarabağ”ın növbəti turda lənkəranlıları qəbul edəcəyini nəzərə alsaq, Ağdamdakı oyunun əhəmiyyətini xeyli artırır. Ancaq Mircavadov hələ bu görüş haqda fikirləşmədiyini deyir: “Biz indi “Qarabağ”la oyun haqda düşünmürük. Çünki buna qədər çərşənbə günü Azərbaycan kuboku uğrunda “Olimpik-Şüvəlan”la evdə cavab görüşümüz var. Əlbəttə, qarşıda duran vəzifə kubokun finalına çıxmaqdır. Səfərdə 1:1 hesablı heç-heçədən sonra yaxşı imkan qazanmışıq. Biz həmin oyuna sərfəli hesabı qorumaq yox, qələbə qazanmaq üçün çıxacağıq. Çünki ən yaxşı nəticə hücum edib, udmaqdır. Məni rəqiblərimizin yox, öz komandamın nəticəsi razı salır. Digər görüşlərin nəticəsinə fikir vermirəm. Onsuz da, hər bir komanda ilk növbədə özü üçün, Avroliqaya vəsiqə uğrunda oynayır”.

0
0