Vaqif Cavadov uğursuz transferlər siyahısında
03.05.2010 - 15:29
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Enshedenin “Tvente” klubunun Hollandiya çempionu olması, “zanbaqlar ölkəsi”ndə geniş müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, holland həmkarlarımız komandanın zirvəyə gedən yolunu araşdırarkən, belə qənaətə gəliblər ki, “Tvente” qızıl medallara düz, səhv və riskli addımlarla irəliləyib.
Hollandiya mətbuatı komandanın infrastrukturuna söz olmadığını düşünür: “Klub prezidenti Yoop Munsterman Türkiyədə olarkən, “Fənərbaxça” klubu ilə yaxından tanış olub. O, bu şərait və strukturu öz klubuna tətbiq etməklə, istədiyinə çatıb”.
Həmkarlarımız Stiv Maklarenin baş məşqçi postuna gəlişini riskli addım kimi qələmə veriblər: “İnfrastrukturu qurduqdan sonra Munsterman məşqçi axtarışına çıxmağa məcbur idi. Belə vəziyyətdə “Çelsi”nin meneceri Frank Qrnesen işə qarışdı. Onun məsləhətinə qulaq asan Munsterman klubunu qeyri-müəyyənliyə atmaqdan çəkinmədi. Lakin Maklaren öz işi ilə vaxtı ilə riskli görünən addımın doğru olduğunu təsdiq etdi”.
Jurnalistlər Cavadov da daxil olmaqla, bir sıra transferlərə də münasibət bildirib: “Munsterman sonradan bahalı legionerlər – Vaqif Cavadov, Nəşət Əkrəm, Andrey Rendla, Byarni Vidarsson, Rensdorf Osey, Bernard Parker və Nikita Rukavitsa kimi oyunçuları transfer etdi. Lakin əldə olunan çempionluq bütün səhvləri və çatışmazlıqları ört-basdır etdi”.
Qeyd edək ki, sadalanan oyunçulardan Parker 14, Əkrəm 10, Rendla ilə Rukavitsya 2 oyun keçiribsə, Osey də Vaqif kimi “Tvente”nin əsas heyətinə həsrət qalıb. Vidarsson isə hələ ötən ilin avqustunda “Tvente”dən yola salınıb.

0
0