Kevin Kuranyi dünya çempionatına aparılmır
03.05.2010 - 16:00
Kevin Kuranyi dünya çempionatına aparılmır
Almaniya milli komandasının hücumçusu Kevin Kuranyi CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu mundial üçün tərtib olunacaq ilkin heyətə daxil edilməyəcək. Buna yığmanın baş məşqçisi Yoahim Lövün Kuranyi ilə bağlı yekun qərarını elan etməsi səbəb olub. Belə ki, alman mütəxəssis “Salke”nin futbolçusu ilə barışdığını, lakin onu dünya çempionatına aparmayacağını bildirib. 2008-ci ilin oktyabrında intizamsızlıq üzündən yığmadan kənarlaşdırılan Kevin millidə keçirdiyi 52 matça 19 qol vurub.

Qeyd edək ki, Almaniya yığması Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alıb.