Koreyalı hakim futbol yığmamızın oyununa təyinat aldı - FOTO
03.05.2010 - 17:11
Koreyalı hakim futbol yığmamızın oyununa təyinat aldı - FOTO
Qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti oyunun baş hakimi məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa zonasında çıxış edən Şamil Heydərovun yetirmələrinin iyunun 19-da Belçika ilə keçirəcəyi qarşılaşma Asiya təmsilçisinə tapşırılıb. Tubize şəhərindəki matçı cənubi koreyalı xanım hakim idarə edəcək. Belə ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşdə Eun Ah Honq fit çalacaq. 23 yaşından FİFA hakimi olan 30 yaşlı xanım ötən il Asiyanın ən yaxşı hakimi seçilib.