Şahin Diniyev: Rusiyada 15 il də qalıb işləyə bilərəm
03.05.2010 - 23:00
Azərbaycan yığmasının sabiq baş məşqçisi, hazırda Rusiyanın “Terek” klubunun məşqçisi vəzifəsində çalışan Şahin Diniyevin apasport.az saytına müsahibəsi
- Bir neçə gündür Bakıdasınız. Səfərinizin məqsədi nədən ibarətdir?
- Bu ilin oktyabr ayında A lisenziyasının müddəti başa çatır. Bilirsiniz ki, ölkəmizdə məşqçilər üçün A lisenziyalı seminarlar keçirilir. Mən də istədim ki, bu seminarı vətəndə oxuyum. Bu lisenziyanı Bakıda əldə etmək daha sərfəlidir, nəinki Rusiyada və Ukraynada. Ayın 14-dən sonra Rusiya Premyer Liqasında fasilə yaranacaq. Ona görə də bir oyunluq icazəliyəm. Sonrakı oyunlarda iştirak edəcəyəm. Çalışacağam ki, burada A lisenziyasını qazanım.
- 3 həftə davam edəcək seminar Rusiyadakı işinizə təsir etməyəcək?
- Xeyr. Oyunlar şənbə və bazar günləri keçirildiyindən, komandamın yanında olacağam. Belə ki, həmin günlər dərslər olmayacaq.
- Yaxın günlərdə “Terek”lə müqavilənizin müddətini daha 3 illiyinə uzatdınız. Belə çıxır ki, qarşıdakı 3 ildə Azərbaycanda işləmək niyyətində deyilsiniz...
- Futbol həyatı elədir ki, hər hansı bir komanda ilə müqavilə imzalayanda çantan yanında olmalıdır. Tanınmış məşqçilər də 5 illik, 10 illik müqavilə imzalayandan sonra nəticə olmayanda, müqavilə ikinci plana keçir. Bir aylıq müqavilə imzalayanda da, əgər işin yaxşı gedirsə səninlə işləməkdə maraqlı olurlar. Həyatdır, sabah harada olacağını əvvəlcədən bilmək olmur. Ola bilsin qayıda bilərəm, ola bilsin qalaram. Yəni, 3 il yox, 10-15 il də qalıb işləyə bilərəm. Bəlkə də bir aydan sonra qayıdıram. Bu, mütləq deyil.
- Belə çıxır ki, sabah Azərbaycandan real təklif olarsa, qayıtmaq ehtimalınız var...
- Hal hazırda bütün fikrimi “Terek”ə cəmləmişəm. Sabah nə olacaq, onu bilmirəm. Belə bir deyim var: Dünən yoxdur, sabahın olacağını bilmək olmur. Bu gün var. Bu gün üçün yaşamalısan, fikirləşməlisən.
- Baş məşqçi Anatoli Baydaçnı ilə münasibətiniz necədir? İş metoduna alışmışsınızmı?
- Yüksək səviyyədə münasibətimiz var. Əlaqəli işləyirik. Komandada böyük işlər görmək istəyirik. Heç bir problem yoxdur.
- “Terek”in cari mövsümdəki çıxışını necə qiymətləndirirsiniz?
- Mövsümə pis başlamadıq. Cəmi 1 məğlubiyyətimiz var. Son 3 oyunu heç-heçə ilə başa vurmuşuq. Oyunlar çətin keçir. Çalışırıq ki, güclü komandalarla oyunda az xal itirək. Çünki asan rəqiblərlə sonra qarşılaşacağıq. Hələlik bu ilki çıxışımız həm rəhbərlik, həm də azarkeşlər tərəfindən yaxşı qiymətləndirilir.
- Konkret qarşınıza hansı məqsəd qoyulub?
- Bu uğurlu çıxışdan sonra rəhbərlik avrokuboklara vəsiqə qazanmaq məqsədini qoyub. İlk 5 yer uğrunda mübarizə aparırıq.
- Siz komandanın məşqçisi kimi, futbolçularda ilk 5 pillədən birini tutacaq potensial görürsünüzmü?
- Bəli, hal-hazırda komandanın nümayiş etdirdiyi futbol bu məqsədimizə çatmağa imkan verir. Yenə deyirəm, gələcək nə göstərəcək, onu bilmirəm.
- Oğlunuzun ikisi də aşağı yaş qrupu üzrə milli komandalara dəvət alırlar. Onların çıxışına münasibətiniz necədir?
- Bəli, böyük oğlum Kərim U-17-yə dəvət olurdu. İndi U-19-da çağırılıb-çağrılmayacağını bilmirəm. Coşqun isə U-16-ya dəvət alır. Hər ikisinə ümidim var. Ən əsası odur ki, insanı keyfiyyətləri yaxşı olsun.

0
0