“Belə səhvlər tez-tez olmalıdır ki, özümüzü göylə aparmayaq”
03.05.2010 - 23:04
“İnsan robot deyil. Hamı səhv edə bilər. Həqiqətən də mənə yaraşmayan top idi. Belə səhvlər tez-tez olmalıdır ki, özümüzü göylə aparmayaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.
Milli komandamızın da qapıçısı olan Ağayev “Olimpik-Şüvəlan”la ölkə kubokunun ilk yarımfinal oyununda buraxdığı qola aydınlıq gətirib. Onun fikrincə, səhv etmək istəyən futbolu ehtiyatda oturmalıdır: “Arada belə səhvlər olmalıdır. Səhv etmək istəmirsənsə, gərək ehtiyatda oturasan. Əgər oynayırsansa, təbii ki, səhv olacaq”.
Futbolçu, həmçinin zədəli olduğunu da bildirib: “Zədə mənə imkan vermir, problem yaradır. Köhnə zədəmdir. Yırtıq hələ də qapanmayıb. Zədəmi bərpa edib qarşıdakı oyunlarda səhvsiz oynamağa çalışacağam. Elə oyunlar var ki, işimi istəmirəm yarımçıq qoyum. Ya bir dəfəlik olacağam, ya da...”

0
0