Berti Foqts üçün yeni rəqib
04.05.2010 - 09:31
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Belçika yığması baş məşqçi axtarışlarını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Dik Advokaatın vəzifəsini tərk etməsindən sonra boş qalan posta Jorj Leekens sahib çıxıb.
Belçikalı həmkarlarımız hazırda “Lokeren” klubunu çalışdıran 60 yaşlı mütəxəssisin ölkənin futbol federasiyası ilə danışıqlar apararaq, artıq razılıq əldə olunduğunu iddia edir. Leekens 26 illik zəngin məşqçilik karyerasına malikdir. Vətəni - Belçikada “Serkl Brügge”, “Anderlext”, “Gent”, “Brügge”, “Mexelen”, “Kortriyk”, “Şarlerua”, “Muskron” klublarını çalışdıran Leekens 1997-99-cu illərdə öz yığmasına rəhbərlik edib.
Bundan başqa, Türkiyədə “Trabzonspor”, Hollandiyada “Roda”, Səudiyyə Ərəbistanında “Əl-Hilal”ın baş məşqçisi olan belçikalı Əlcəzair millisində də bu postda çalışıb.
Qeyd edək ki, Leekens 1998-ci ildə Fransada keçirilən dünya çempionatında Belçika yığmasına başçılıq edib. Onun komandası Hollandiya, Meksika və Cənubi Koreya ilə eyni qrupda keçirdiyi hər 3 görüşdə heç-heçə etməklə, 1/8 finaldan kənar qalıb.

0
0