Messini qabaqlayan tapıldı
04.05.2010 - 10:17
Beynəlxalq oyunlarda ən məhsuldar futbolçularının yeni siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ildə keçirilən görüşlərdə ən çox qol vuran oyunçuların cədvəlini tərtib edib. Qitə kubokları və milli komandada minimum 4 qol vuranların siyahısında 74 futbolçu yer alıb. Azərbaycan təmsilçilərinin olmadığı cədvəldə ilk sıraları Afrika və Asiyada top qovanlar tutur.
Anqola yığmasında 3, Səudiyyə Ərəbistanının “Əl-Şəbəb” klubunda 5 qol vuran Flavio da Silva Amado planetin ən məhsuldar futbolçusu sayılıb. Onun kimi, 8 dəfə fərqlənən Fabio Sezar Montezini ikinci pillədə qərarlaşıb. Buna onun millidə daha az qol vurması səbəb olub. O, Qətər yığmasında 1, “Əl-Rəyyan”da 7 dəfə rəqib qapısına yol tapıb. Üçüncü olan suriyalı Əbdülrəzaq Əl-Hüseynin hesabında 7 qol var. 5 dəfə milli azarkeşlərini sevindirən hücumçu “Əl-Ceyş”də 2 dəfə fərqlənib.
Avropada oynayan futbolçular isə İFFHS-in siyahısının liderlərindən uzaq düşüb. “Barselona” üçün 6 qol vuran argentinalı Lionel Messi və “Hamburq”a eyni cür “xidmət edən” xorvat Mladen Petriç ümumi siyahıda 8-14-cü yerləri tutur. Onlar millidə fərqlənə bilməyiblər.

0
0