İki uğurlu seriya: “Xəzər-Lənkəran” Ağasəlim Mircavadovla yenilməzdir!
04.05.2010 - 10:38
Sabah baş tutacaq Azərbaycan kubokunun cavab yarımfinal görüşləri Ağasəlim Mircavadov və “İnter” klubu üçün böyük əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, “İnter” “Bakı”nı mübarizədən kənarlaşdırarsa, ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə ölkə kubokunun finalına çıxacaq. “Xəzər-Lənkəran” isə 6 illik tarixində Ağasəlim Mircavadovun baş məşqçisi olduğu dövrdə nəinki finala çıxır, ölkə kubokunu qazanır. Bu, ardıcıl iki mövsüm – 2007 və 2008-ci illərdə olub. Maraqlıdır ki, Lənkəran təmsilçisi Mircavadovsuz dövrlərdə adətən yarımfinal səddində ilişir.
“Xəzər-Lənkəran”la “İnter”in yolu artıq bir dəfə finalda kəsişib. Bu, 2008-ci ildə baş verib və braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldo əlavə vaxtda etdiyi dublla (2:0) cənublulara ardıcıl ikinci dəfə kuboku qazandırıb. Bundan bir il öncə isə Mircavadovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final oyununda İmişlinin “MKT-Araz” klubunu yenməklə (1:0), tarixində ilk dəfə Azərbaycan kubokuna sahib çıxıb.
“İnter” üçün nəinki “Xəzər-Lənkəran”la, ümumiyyətlə final oyunları uğursuz olub. Belə ki, 2005-ci ildə “Bakı” (2:1), ötən il isə “Qarabağ” (1:0) “bank təmsilçisi”nə həlledici görüşdə qalib gələrək, kuboka yiyələnib.
Qeyd edək ki, ilk oyunlardan sonra finala çıxmaq şansı “Xəzər-Lənkəran” və “İnter”dən az olan “Olimpik-Şüvəlan”lə “Bakı” kubokda fərqli nəticə göstərib. İndiyədək bir dəfə ölkə kubokunun finalına çıxan “Bakı” ilk cəhdində titul qazanıb. “Olimpik-Şüvəlan” isə 5 illik tarixində ölkə kubokunda ən yüksək göstəricinə cari mövsümdə yarımfinala çıxmaqla imza atdı.

0
0