Fariz Nəcəfov: Adamsa verəcəyimiz pul çox şişirdilib
12.05.2010 - 14:36
“Toni Adams istəmədiyi üçün onunla bağladığımız müqavilənin məbləğini açıqlaya bilmərik. Ancaq İngiltərə mətbuatının yazdığı kimi, ildə 1 milyon funt sterlinq heç bir həqiqətə uyğun deyil. Bu məbləğ çox şişirdilib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
Yeni baş məşqçiləri Toni Adamsın keçirdiyi brifinqdə iştirak edən vitse-prezidentin sözlərinə görə, ingilis həmkarlarımızın yazdığı 1 milyon və hətta ondan da artıq məbləğ Azərbaycan reallığına, futbolumuzun inkişaf səviyyəsinə uyğun gəlmir. Nəcəfov yerli baş məşqçilər – Faiq Cabbarov və Ramiz Məmmədovun klub rəhbərliyi tərəfindən qoyulmuş vəzifəni yerinə yetirdikdən sonra vəzifələrindən çıxarılmasını normal hal sayır: “Sıfırdan yaranmış klub inkişafa doğru gedir. Faiq Cabbarov komandanı Avropanı daşıya biləcək bir şəxs deyildi. Yəni, hərənin öz bacarıq səviyyəsi var. İnşallah, Ramiz Məmmədov Toni Adams kimi təcrübə, bacarığa malik olarsa, yenidən “Qəbələ”yə qayıda bilər”.

0
0