Mircavadov: Qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik
22.05.2010 - 19:07
XVIII Azərbaycan kubokunun “Bakı” ilə final oyunundan öncə bu gün "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadovun və kapitanı Kamran Ağayevin iştirakı ilə mətbuat konfransı keçirilib.
Apasport.az saytının xəbərinə görə, öncə çıxış edən Mircavadov bildirib ki, qələbə qazanmaqla, azarkeşlərini sevindirmək istəyirlər: “Kubokun finalında oynamaq hər klub üçün şərəflidir. Bundan öncə iki dəfə finalda oynamışıq və hər iki halda kuboku qazanmışıq. Bu dəfə də qalib gəlmək istəyirik. Premyer Liqanın son turunda "Bakı"ya qarşı keçirdiyimiz görüşdə məğlub olduq. Lakin öz evimizdə heç vaxt belə aqressiv oynamamışdıq. İlk dəqiqələrdə qol imkanlarımız olsa da, faydalana bilmədik. Bəzi oyunçularımız imkanlarından aşağı səviyyədə oynadı, bu da yekun nəticəyə təsir etdi. "Bakı" ilə oyundan öncə söz-söhbətlər var idi. Biz çalışırıq ki, oyunlarımız həmişə təmiz idman mübarizəsində keçsin. Bu mövsüm "İnter" Premyer Liqanın qalib oldu, onları bu uğur münasibəti ilə təbrik edirik. İndi əsas fikrimiz kuboku qazanmaqdır. Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik. Final oyunundan sonra yeni mövsüm üçün hazırlıqlara başlayıb, transferlər edəcəyik".
Ağayev isə Premyer Liqanın son oyununda meydana çıxa bilmədiyi üçün çox pis olduğunu söyləyib: “Komandama kömək edə bilmədim. Məğlub olacağımızı və çempionluğu əldən buraxacağımızı gözləmirdim".

0
0