“Bakı” – “Xəzər-Lənkəran”: Limitsiz sonuncu oyun
21.05.2010 - 23:08
Sabah Azərbaycan kubokunun finalında keçiriləcək “Bakı” – “Xəzər-Lənkəran” matçı ölkə futbolunun tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq görüş legioner limiti olmadan baş tutacaq sonuncu oyun kimi yadda qalacaq.
AFFA-nın İcraiyyə Komitəsinin hələ ötən il çıxardığı qərarla avqustda startı verilməsi planlaşdırılan yeni mövsümdə əcnəbi futbolçulara “8+3” limiti tətbiq olunacaq. Bununla, klublarımız hər oyunda start heyətində ən azı 3 yerli futbolçunu meydana buraxmağa məcbur olacaq. Yalnız final iştirakçılarının son şansı qalıb ki, meydana istədiyi qədər əcnəbi futbolçu buraxsın. Düzdür, beynəlxalq miqyaslı turnirlərdə legionerlərə məhdudiyyət qoyulmadığı üçün klublarımız belə imkana malikdir. Yəni, söhbət yalnız daxili yarışlardan gedir.
Qeyd edək ki, daxili yarışlarda son iki mövsümdə legioner limiti olmayıb. AFFA limitin ləğvi ilə bağlı qərarı 2008-ci ilin mayın hesabat-seçki konfransında, Rövnəq Abdullayev assosiasiyanın prezidenti seçilən zaman çıxarıb. Ölkəmizdə legionerlərə qoyulan limit müxtəlif vaxtlarda 5, “5+2, “3+2”, “7+7” olub.

0
0