Əmrah Çəlikəl: Onlarla yenidən anlaşmaq niyyətindəyik
21.05.2010 - 23:17
“Klubdan kimlərin ayrılacağına yaxın günlərdə aydınlıq gətiriləcək. Müqaviləsi başa çatan futbolçular var. Onlarla yenidən anlaşmaq niyyətindəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun icraçı-direktoru Əmrah Çəlikəl deyib.
Mövsümü üçüncü pillədə başa vurmaqla, Avropa Liqasında mübarizə aparmaq hüququ əldə edən “Qarabağ” ötənilki uğurunu təkrarlamaq niyyətindədir. Bu məqsədlə Ağdam təmsilçisi hazırkı heyətini qorumaqla yanaşı, yeni oyunçularla da anlaşmaq niyyətindədir. Maraqlıdır ki, son oyunlarda komandasının qələbə qazanmasına yardımçı olan və əvvəlki formasını bərpa edən Georgi Adamiyanın da müqaviləsi başa çatıb. Çəlikəl gürcüstanlı futbolçunun xidmətində maraqlı olduqlarını, onunla müqaviləni yenilməyə çalışacaqlarını deyib: “Düzdür, Adamiya ilə müqavilə başa çatıb. Onu komandada saxlayacağıq. Yaxın günlərdə müqaviləsi başa çatan futbolçularla yeni anlaşma imzalayacağıq”.
Çəlikəl Elnur Allahverdiyevlə bağlı məsələnin də açıq qaldığını və bu məsələdə hansısa yeniliyin olmadığını bildirib.

- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0