Ponomaryova yeni məşqçi
21.05.2010 - 23:20
Ponomaryova yeni məşqçi
Anatoli Ponomaryovun çıxış etdiyi “Orduspor” baş məşqçi axtarışlarına başlayıb. Apasport.az saytının xəbərinə görə, Ahmet Akcanın istefasından sonra klub rəhbərliyi bir neçə mütəxəssislə danışıqlara başlayıb.

Komandanın mətbuat katibi Murat Gürsoy ən qısa zamanda yeni baş məşqçinin təyin olunacağını deyib: "Ahmet Akcanla maliyyə məsələlərində anlaşa bilmədik və yollarımız ayrıldı. İndi baş məşqçi postuna ən layiqli mütəxəssisin gətirilməsi üçün çalışırıq. İndiyə qədər Hüsnü Özkara, Uğur Tütünəkər və Hikmət Karamanla görüşmüşük. Ən qısa zamanda baş məşqçi təyin olunacaq”.