“Fənərbaxça”nı Yoahim Löv çalışdıra bilər
21.05.2010 - 23:42
“Fənərbaxça”nı Yoahim Löv çalışdıra bilər
Türkiyə Superliqasında çempionluğu son turda əldən verən "Fənərbaxça" Kristof Daumun yerinə yeni baş məşqçinin gətirilməsi üçün fəaliyyətə başlayıb. Apasport.az saytının xəbərinə görə, İstanbul təmsilçisinin əsas hədəfi Almaniya yığmasının baş məşqçisi Yoahim Lövdür.

Hazırda "Şaxtyor"u çalışdıran Mirça Luçesku da daxil olmaqla, bir sıra mütəxəssislərin namizədliyini nəzərdən keçirən "Fənər" rəhbərliyinin əsas favoritinin məhz Löv olduğu bildirilir.

Komanda CAR-da keçiriləcək dünya çempionatından sonra onu İstanbula gətirməyin yollarını arayır. Mundialdan sonra Almaniya millisi ilə müqaviləsi başa çatacaq Lövün xidmətində Avropanın bir sıra klubları da maraqlıdır.