Milli komandamız Belarusa yenə uduzdu
21.05.2010 - 23:35
Qadınlardan ibarət Azərbaycan milli komandası Minskdə növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının xəbərinə görə, yığmamız Belarusla ikinci oyunda da meydanı məğlub tərk edib. İki gün öncə qapısından 6 cavsız top buraxan millimiz bu dəfə minimal hesabla yenilib – 1:2. Komandamızın heyətində yeganə qolu Sədaqət Vəliyeva vurub.
0
0