Vurğun Hüseynov “Xəzər-Lənkəran”la müqavilə bağladı
21.05.2010 - 23:46
Vurğun Hüseynov “Xəzər-Lənkəran”la müqavilə bağladı
“Xəzər-Lənkəran” Azərbaycan yığmasının müdafiəçisi Vurğun Hüseynovla iki illik müqavilə imzalayıb. Apasport.az saytının xəbərinə görə, 22 yaşlı futbolçu cənub təmsilçisinə azad agent statusu ilə keçib.

Əvvəllər Tovuz “Turan”ının şərəfini qorumuş Vurğun son mövsümü “Qəbələ”nin heyətində keçirib və kifayət qədər inamlı təsir bağışlayıb. Müdafiəçi iddialı klubların diqqət mərkəzində olsa da, “Xəzər-Lənkəran”a üstünlük verib.