Devid Bekhem Əfqanıstan yolunda
22.05.2010 - 10:30
Devid Bekhem Əfqanıstan yolunda
İngiltərənin canlı əfsanəsi Devid Bekhem Əfqanıstana yollanmağı qərara alıb. Apasport.az saytının məlumatına görə, “Los-Anceles Qalaksi” klubunun futbolçusunun müharibə zonasına getməsində əsas məqsəd orada olan İngiltərə və ABŞ əsgərləri ilə görüşməkdir. O, həmçinin Əfqanıstanda hərbiçi həkimlərlə də bir araya gələcək.

Qeyd edək ki, zədə səbəbindən CAR-da keçiriləcək dünya çempionatında meydana çıxmayacaq Bekhem Əfqanıstana getməklə öz arzusunu həyata keçirmiş olacaq. Tanınmış futbolçu bu ölkədə əhalinin yaşayışı ilə də maraqlanacaq.