“Barselona”ya transfer olduğum üçün qürur hissi keçirirəm” - FOTO
22.05.2010 - 11:45
“Barselona”ya transfer olduğum üçün qürur hissi keçirirəm” - FOTO
“Barselona” gözlənilən transferi reallaşdırıb. Apasport.az saytının məlumatına görə, son İspaniya çempionu “Valensiya”nın ulduzu David Vilya ilə müqaviləni rəsmiləşdirib. “Yarasalar”dan 40 milyon avroya alınan Vilya növbəti 4 ildə “Barselona”nın uğurları üçün çalışacaq.

Katalon klubunda 7 nömrəli formanı geyinəcək hücumçu mətbuata ilk açıqlamasını da verib: “İspaniya çempionunun heyətinə transfer olunduğum üçün sevinci və qürurluyam. Buraya gəlməyim mənim həyatımda böyük hadisədir. Transferimdə köməyi olan hər kəsə və “Valensiya” klubuna təşəkkürümü bildirirəm. Yeni komandamın uğurları üçün bütün gücümü səfərbər edəcəyəm”.