Böyükağa Hacıyev artıq “Standard” klubunun baş məşqçisi deyil
22.05.2010 - 16:32
“Standard” klubu baş məşqçisi Böyükağa Hacıyevlə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, I diviziona düşməsi rəsmiləşən Sumqayıt təmsilçisinin rəhbərliyi Hacıyevlə müqavilənin müddətini artırmayıb.
Ümumiyyətlə, bu məsələdə qeyri-müəyyənlik vardı. Belə ki, "Standard" baş məşqçi barəsində qərar verməyə tərəddüd edirdi. Nəhayət, rəhbərliyin iştirakı ilə geniş tərkibli iclas keçirilib. Nəticədə Böyükağa Hacıyevlə yolların ayrılmasına qərar verilib. Həmin iclasda komandanın birinci diviziona düşməsinin səbəbləri araşdırılıb.
Qeyd edək ki, Böyükağa Hacıyev çempionatın 8-ci turunda "Standard"ın baş məşqçisi postunda litvalı Valdas İvanauskası əvəzləyib. Hacıyevin komandası çempionatı 11-ci pillədə başa vurub.

- “Beşiktaş” “Barselona”nın futbolçusunu istəyir: Agentlə əlaqə saxlanıldı
- Səudiyyə Ərəbistanında istefa - Federasiya prezidenti postunu tərk etdi
- Haaland “Real”a keçmək istəmir: Səbəb Mbappe və Vinisiusdur
- DÇ-2026-dan sonra baş məşqçiyə ölüm təhdidi: Polis hərəkətə keçdi
- “Mançester Siti”nin yeni Baş məşqçisi açıqlandı
0
0