“Xəzər-Lənkəran” bizim üçün yad komanda deyil”
22.05.2010 - 18:25
XVIII Azərbaycan kubokunun final oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında KİV nümayəndələri üçün mətbuat konfransı təşkil olunub. Apasport.az saytının xəbərinə görə, öncə "Bakı" klubunun məşqçisi Məqsəd Yaqubəliyev və kapitanı Elvin Əliyev media nümayəndələrinin suallarını cavablandırıb.
Sabah baş tutacaq oyunla bağlı Yaqubəliyev bildirib ki, meydana qələbə qazanmaq üçün çıxacaqlar: “Həmişə demişəm ki, kubok oyunları çempionatdan fərqlidir. Bu il çox ağır mövsüm keçirdik. Çempion son turda məlum oldu. "Xəzər-Lənkəran" bizim üçün yad deyil. Son iki matçda onları məğlub etsək də, kubokun final oyununda əsl mübarizə gedəcək. Finala kimi bizim çox çətin oyunlarımız oldu. Yarımfinalda "İnter" kimi güclü klubu məğlub etdik. Sabahkı qarşılaşmada cəzalı Vadim Boretsin oynamaması bizim üçün itkidir. Amma onun yoxluğunu hiss etdirməyəcəyik. Finalda gözəl oyun göstərərək, azarkeşlərimizi sevindirməyə və kuboku qazanmağa çalışacağıq”.
Paytaxt klubunun kapitanı Elvin Əliyev isə sabahkı oyundan daha çox, milli komandaya çağırılmamağından gileylənib: “Bu mövsüm komandanın demək olar ki, bütün oyunlarında əsas heyətdə meydana çıxdım. Keçən il də, bu mövsüm də çox uğurlu keçirdik. Buna baxmayaraq, milli komandanın heyətinə cəlb olunmuram. Bunun səbəbini bilmirəm”.

0
0