Moldova yığmasının kapitanı: Azərbaycanla oyunda əsas nəticədir
24.05.2010 - 10:56
Moldova yığmasının kapitanı Aleksandr Yepuryanu Azərbaycanla yoldaşlıq görüşündə məqsədlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Qabi Balintin baş məşqçi postuna gəlişindən sonra millinin yeni kapitanı təyin edilən Yepuryanu mayın 26-da Avstriyada yığmamızla oyuna yalnız sınaq gözü ilə baxmır: “Avstriyada Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşlərdə bizim üçün birinci yerdə nəticə dayanacaq. Bundan əlavə, oyun komponentlərinə də diqqət yetirməliyik. Xətlər arasında əlaqə, meydanda anlaşma qaydasına salmalıyıq”.
Qeyd edək ki, Yepuryanuya qədər Moldova yığmasını kapitanı “Olimpik-Şüvəlan” klubunun yaxınlarda yollarını ayırdığı müdafiəçi Sergey Laşenkov olub. Balint Laşenkovu da yığmamızla oyuna çağırıb.
Qeyd edək ki, Yepuryanuya qədər Moldova yığmasını kapitanı “Olimpik-Şüvəlan” klubunun yaxınlarda yollarını ayırdığı müdafiəçi Sergey Laşenkov olub. Balint Laşenkovu da yığmamızla oyuna çağırıb.
0
0