“Bakı” “Xəzər-Lənkəran”a çatdı
24.05.2010 - 11:16
“Bakı” Azərbaycan kubokunu ən azı ikinci dəfə qazanan 5-ci klub oldu. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən keçirilən turnirdə indiyədək “Neftçi”, “Kəpəz”, “Qarabağ” və “Xəzər-Lənkəran” ən azı iki dəfə kuboku muzeylərini aparıb. Azərbaycan kubokuna ən çox sahib çıxanlar “Neftçi” ilə “Kəpəz”dir – hərəyə 4 dəfə. “Qarabağ” 3, “Xəzər-Lənkəran” 2, “İnşaatçı” və “Şəfa” hərəyə 1 dəfə ölkə kubokuna yiyələnib.
Debüt mövsümündə (2004/05) Azərbaycan kubokunu qazanan “Bakı” 5 il sonra bu uğurunu təkrarladı. “Zolaqlılar”ın ilk və ikinci kuboku arasında oxşar məqamlar var. Əvvəla, “Bakı” yenə qələbəni 2:1 hesabı ilə və yenə əsas vaxtda qazandı. “İnter”lə 5 il öncə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə braziliyalı, bu dəfə isə xorvat duet öz sözünü dedi.
Belə ki, “Bakı”nın 2005-ci ildə kuboku qazandığı vaxt, sonradan yığmamızda oynamış braziliyalı futbolçular – Leandro Qomeşlə Andre Ladaqa qol vurmuşdu. İndi isə xorvat oyunçular səhnəyə çıxdı və Ernad Skuliçlə Aleksandar Soliç qələbə toplarına imza atdı. Şoliçin son turda “Xəzər-Lənkəran”a səfərdə vurduğu qolla (1:0) çempionluqdan məhrum etdiyini nəzərə alsaq, onun qənimi saymaq olar. Yarımmüdafiəçi “Bakı”da debüt mövsümündə titul qazandısa, Skiliç artıq ikinci uğura sahib çıxdı. Belə ki, Ernad ötən mövsüm komandasının heyətində Azərbaycan çempionu olub.
Qeyd edək ki, 2001/02 mövsümdə ölkəmizdə futbol mövsümü qalmaqal üzündən yarımçıq qaldığından, çempion kimi kubokun sahibi də müəyyənləşməyib. İndiyə kimi 17 dəfə keçirilən Azərbaycan kubokunun balansında əyalət klubları paytaxt təmsilçilərindən öndədir. Belə ki, əyalət klubları 9, bakılılar 8 dəfə kuboku qazanıb.
1992-ci il
“İnşaatçı” (Bakı) – “Kür” (Mingəçevir) – 2:1
1993-cü il
“Qarabağ” (Ağdam) – “İnşaatçı” (Sabirabad) – 1:0
1994-cü il
“Kəpəz” (Gəncə) – “Xəzər” (Lənkəran) – 2:0
1995-ci il
“Neftçi” (Bakı) – “Kür-Nur” (Mingəçevir) – 1:0
1996-cı il
“Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) – 3:0
1997-ci il
“Kəpəz” (Gəncə) – “Xəzri” (Bakı) – 1:0
1998-ci il
“Kəpəz” (Gəncə) – “Qarabağ” (Ağdam) – 2:0
1999-cu il
“Neftçi” (Bakı) – “Şəmkir” (Şəmkir) – 0:0 (oyun sonrası penaltilərlə - 5:3)
2000-ci il
“Kəpəz” (Gəncə) – “Qarabağ” (Ağdam) – 2:1
2001-ci il
“Şəfa” (Bakı) – “Neftçi” (Bakı) – 2:1
2004-cü il
“Neftçi” (Bakı) – “Şəmkir” (Şəmkir) – 1:0
2005-ci il
“Bakı” (Bakı) – “İnter” (Bakı) – 1:1 (əlavə vaxtda – 2:1)
2006-cı il
“Qarabağ” (Ağdam) – “Karvan” (Yevlax) – 2:1
2007-ci il
“Xəzər-Lənkəran” (Lənkəran) – “MKT-Araz” (İmişli) – 1:0
2008-ci il
“Xəzər-Lənkəran” (Lənkəran) – “İnter” (Bakı) – 2:0
2009-cu il
“Qarabağ” (Ağdam) – “İnter” (Bakı) – 1:0
2010-cu il
“Bakı” – “Xəzər-Lənkəran” – 0:0 (əlavə vaxtda – 2:1)

0
0