“Bakı” “Beşiktaş” və “Olimpiakos”la bir arada
24.05.2010 - 12:15
Azərbaycan kubokunun qalibi olan “Bakı” klubu ölkə futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər arasında olacaq.
Bu mərhələdə 80 komanda mübarizə aparır ki, onlardan 26-sı I təsnifat oyunlarından sonra bu hüququ qazanır. Digər 54 komandadan isə 44-ü məlumdur. Lakin I və II təsnifat mərhələlərinin püşkü eyni vaxtda atıldığından, tədbir zamanı səbətlərə təkcə klublar deyil, həm də cütlər də yerləşdiriləcək. Belə ki, 80 komandanın səpələnmiş və səpələnməmişlərə bölündüyü vaxtda ilk mərhələsinin 26 cütü daha güclü komandanın reytinqinə əsasən öz yerinə yerləşdiriləcək.
“Bakı” kimi, “Qarabağ” da bu mərhələdə səpələnməmişlərlə oynayacaq. Bunun üçün onlar hələ ilk rəqibini keçməlidirlər. Lakin II təsnifat mərhələsinin püşkü zamanı ağdamlıların I raundda yer aldığı cüt səpələnmişlər sırasında olacaq. Birinci oyunlardan azad olan 54 komandadan 27-nin artıq səpələnmiş, 17-nin isə səpələnməmişlər sırasında olduğu dəqiqləşib. “Bakı” məşhur “Olimpiakos”, “Beşiktaş”, Buxarest “Dinamo”su, “Austriya”, “Brondbü” kimi güclülərlə bir səbətdə yer aldığından, onlarla qarşılaşmaqdan sığortalanıb. Ötən il təmsilçimizi Çempionlar Liqasından kənarlaşdıran “Levski” də potensial rəqiblərimizdən deyil.
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan) – 54,979
“Beşiktaş” (Türkiyə) – 33,890
“Dinamo” (Buxarest, Rumıniya) - 28,898
“Levski” (Bolqarıstan) – 25,400
“Austriya” (Vyana, Avstriya) - 16,915
“Brondbü” (Danimarka) – 12,970
“Rapid” (Avstriya) - 11,915
APOEL (Kipr) - 11,599
“Visla” (Polşa) - 8,508
“Karpatı” (Ukrayna) - 7,910
“Maritimo” (Portuqaliya) - 7,659
“Banik” (Çexiya) – 7,395
“Elfsborq” (İsveç) – 7,338
“Utrext” (Hollandiya) – 7,309
“Motervell” (Şotlandiya) – 6,158
“Lozanna” (İsveçrə) - 5,675
“Serkl Brügge” (Belçika) - 5,580
“Stabek” (Norveç) - 4,980
“Ventspils” (Latviya) - 4,649
“Molde” (Norveç) – 4,480
“Makkabi” (Təl-Əviv, israil) – 3,775
“Dukla” (Slovakiya) – 3,166
“Honka” (Finlandiya) - 2,899
“Maribor” (Sloveniya) - 2,891
“Spartak” (Serbiya) - 2,800
OFK (Serbiya) - 2,800
“BAKI” (AZƏRBAYCAN) - 2,599
Səpələnməmişlər
“Suduva” (Latviya) – 2,183
“Sportinq” (İrlandiya) - 1,908
“Şemrok Rovers” (İrlandiya) – 1,908
“Vaduts” (Lixtenşteyn) – 1,900
“Nova Qoritsa” (Sloveniya) – 1,891
“Şaulyay” (Litva) - 1,683
“Yelqava” (latviya) - 1,649
“Sent Culiya” (Andorra) - 1,200
“Breydavik” (İslandiya) - 1,083
“Banqor Siti” (Uels) - 1,016
“Atırau” (Qazaxıstan) - 0,899
“Kalev” (Estoniya) - 0,874
“Mika” (Ermənistan) - 0,849
“Besa” (Albaniya) - 0,799
“Buduçnost” (Çernoqoriya) - 0,675
“Vikinqur” (Farer adaları) - 0,366
“Kliftonill” (Şimali İrlandiya) - 0,324
Vüqar XEYRULLAYEV

0
0