Cüneyt Biçər Azərbaycan futbolunun tarixinə düşdü
24.05.2010 - 13:38
“Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər Azərbaycan futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının gümüş medalçısı olan 35 yaşlı türkiyəli Azərbaycan kubokunu qazanan ilk əcnəbi çalışdırıcı oldu.
Buna qədər ölkə kubokuna bir qayda olaraq, öz məşqçilərimiz sahib çıxırdı. Bunlar arasında rekordçu artıq uzun müddətdir məşqçilikdən kənarda qalan Mehman Allahverdiyevdir. Belə ki, 50 yaşlı mütəxəssis Gəncənin “Kəpəz” klubunun bütün ölkə kuboklarını (4 dəfə) qazandırıb. Allahverdiyevin ən yaxın izləyicisi olan Ağasəlim Mircavadov 3 kubokdan son ikisini “Xəzər-Lənəran”da, birini isə “Qarabağ”da qazanıb.
İki dəfə Azərbaycan kubokunu qazananlardan Kazbek Tuayev buna “Neftçi”də, Əsgər Abdullayev isə iki müxtəlif (“Şəfa” və “Bakı”) klubda imza atıb. Əhməd Ələsgərov, Vaqif Sadıqov, Böyükağa Ağayev, Qurban Qurbanov, Məmmədəli Məmmədov hərəyə bir dəfə ölkə kubokunu qazanıb. Biçər bu uğura imza atan ən gənc baş məşqçilərdən biri olması ilə də tarixə düşdü. Bu baxımdan rekordçu da Allahverdiyevdir. Belə ki, o, “Kəpəz”lə ilk kuboku qazanan 34 yaşı vardı. Biçər də Vaqif Sadıqov kimi 35 yaşında Azərbaycan kubokuna yiyələndi.
Qeyd edək ki, ölkəmizdə ilk titul qazanan əcnəbi baş məşqçi Valentin Xodukin olub. Ukraynalı mütəxəssis 2008-ci ildə Bakının “İnter” klubu ilə Azərbaycan çempionluğunu qazanıb. İlk mükafat isə türkiyəli Rasim Karaya məxsusdur. Türkiyəli çalışdırıcı 2005-ci ildə “Xəzər-Lənkəran”la çempionatımızın gümüş medalını əldə edib.
Azərbaycan kubokunun qalibi olan baş məşqçilər
1992-ci il: “İnşaatçı” (Bakı) – Məmmədəli Məmmədov
1993-cü il: “Qarabağ” (Ağdam) – Ağasəlim Mircavadov
1994-cü il: “Kəpəz” (Gəncə) – Mehman Allahverdiyev
1995-ci il: “Neftçi” (Bakı) – Vaqif Sadıqov
1996-cı il: “Neftçi” (Bakı) – Kazbek Tuayev
1997-ci il: “Kəpəz” (Gəncə) – Mehman Allahverdiyev
1998-ci il: “Kəpəz” (Gəncə) – Mehman Allahverdiyev
1999-cu il: “Neftçi” (Bakı) – Əhməd Ələsgərov
2000-ci il: “Kəpəz” (Gəncə) – Mehman Allahverdiyev
2001-ci il: “Şəfa” (Bakı) – Əsgər Abdullayev
2004-cü il: “Neftçi” (Bakı) – Kazbek Tuayev
2005-ci il: “Bakı” (Bakı) – Əsgər Abdullayev
2006-cı il: “Qarabağ” (Ağdam) – Böyükağa Ağayev
2007-ci il: “Xəzər-Lənkəran” (Lənkəran) – Ağasəlim Mircavadov
2008-ci il: “Xəzər-Lənkəran” (Lənkəran) – Ağasəlim Mircavadov
2009-cu il: “Qarabağ” (Ağdam) – Qurban Qurbanov
2010-cu il: “Bakı” (Bakı) – Cüneyt Biçər (Türkiyə)
Mehman SÜLEYMANOV

0
0