Anar Məmmədov: “Bakı”nın 2-ci kuboku mənə daha şirin gəlir
24.05.2010 - 14:08
“Komandamız çox çətin bir oyunda layiqli qələbə qazandı. “Bakı” hər zaman iddialıdır, Bu, tək ölkə daxili yarışlara aid deyil. Bu il komandamız vitse-çempion və ölkə kuboku titulunu qazandı. Qarşımızda beynəlxalq turnirlərdə də eyni uğurla çıxış etmək, Azərbaycanı layiqincə təmsil etmək kimi bir vəzifə durur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan kubokunu ikinci dəfə qazanan “Bakı” klubunun fəxri prezidenti Anar Məmmədov deyib.
Məmmədov 2-ci kubokun daha dəyərli olduğunu düşünür: “Bu kubok mənə daha şirin gəlir. Bəlkə də bu ona görədir ki, daha gərgin oyunlar və daha güclü rəqiblərlə görüşdük. Bu mövsüm bütün iddialı komandalara qalib gəldik. “Qarabağ”a, “İnter”ə, “Xəzər-Lənkəran”ə səfərdə qalib gəldik. Deməli, bu qələbə təsadüfi deyil”.
Fəxri prezident onları dəstəkləyən bütün insanlara təşəkkür edib: “Onlar bu qələbədə pay sahibidirlər. Kim deyir ki, “Bakı”nın azarkeşi azdır? Tribunalara baxın, ağ-mavi rənglər çoxluq təşkil edir. Biz bütün azarkeşlərimizə təşəkkür edirik. Onlar “Bakı”ya inandılar, komandamızı dəstəklədilər. Nəticədə biz onların ümidlərini doğrultduq. Azərbaycan kubokunun bizim üçün nə qədər önəmli olduğunu nəzərə alsaq, sevincimiz hədsizdir”.
Ötən yay Çempionlar Liqasında mərhələ adlayan “Bakı” Avroliqanın son təsnifat mərhələsinə kimi irəliləyib. Məmmədov növbəti hədəfləri haqda da danışıb: “Ötən ilki nəticəmizi yaxşılaşdırmaq barədə düşünürük. Daha səviyyəli və komandamızı gücləndirə biləcək oyunçuların dəvət olunması mümkündür. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
Qeyd edək ki, Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.
Mənbə: fcbaku.com

0
0