“Neftçi” – “Xəzər-Lənkəran” oyunu kölgədə qaldı
24.05.2010 - 14:46
Azərbaycan kubokunun final görüşü ölkə futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, “Bakı” – “Xəzər-Lənkəran” oyunu 26 min tamaşaçı toplamaqla, yeni Azərbaycan rekorduna səbəb olub.
1992-ci ildən keçirilən daxili yarışlar – ölkə çempionatı, kuboku və Superkuboku yarışlarının 18 illik tarixində heç bir oyuna bu qədər azarkeş gəlməmişdi. Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınan yeni rekord “Neftçi” – “Xəzər-Lənkəran” matçlarını kölgədə qoydu.
Belə ki, məhz bu komandaların oyunlarında qeydə alınan tamaşaçı sayı indiyə qədər rekord sayılırdı. Rəqiblər arasında 2005-ci il iyunun 10-da Gəncədə keçirilən ölkə çempionatının “Qızıl oyun”unda tribunalara 25 min tamaşaçı toplaşmışdı. “Neftçi”nin 2:1 hesablı qələbəsini izləyən belə böyük auditoriyaya bir də 2007-ci ilin fevralında təsadüf olundu. “Neftçi” və “Xəzər-Lənkəran” arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçı da 25 min seyrçi izlədi. Elə bu matçda da “ağ-qaralar” 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan kubokunun finalında “Bakı” 2:1 hesabı ilə qalib gəlib.

0
0