Beş moldovalı futbolçu Azərbaycanla oyuna buraxılmadı
24.05.2010 - 15:38
Moldova yığması Azərbaycanla yoldaşlıq görüşü öncəsi heyətlə bağlı ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, rəqibin 5 futbolçusu milli komandamızla mayın 26-da Avstriyada keçiriləcək yoldaşlıq görüşünə buraxılmayıb.
Moldova yığmasının baş məşqçisi Qabi Balint Rusiyanın birinci divizionda və Qazaxıstan Superliqasında oynayan futbolçuların xidmətindən məhrum olub: “Komanda Azərbaycanla oyun ərəfəsində Vaduy-luy-Vodedə bir neçə məşq keçib. Bu gün sıralarımıza “Zimbru”dan Aleksandr Antonyukla Yevgeni Sidorenko qoşulacaq. Habelə Azərbaycandan Aleksey Savinov, Yevgeni Sofroni, Denis Kalinkov, Rumıniyadan Denis Zmeunun yolunu gözləyirik. İndi biz klubların yığmaya buraxdığı bütün futbolçuları çağırmışıq. Ancaq təəssüf ki, hamını bir araya gətirə bilmədik. “Daçiya” və “Şerif”in futbolçuları Moldova kubokunun finalına hazırlaşır. Biz Krasnodar “Kuban”ında oynayan Viktor Qolovatenko və İoqr Armaşsız qalmışıq.
Onların klubları birinci liqada oynayır və orada yayda fasilə yoxdur. Həmin vəziyyət Qazaxıstanda da olduğu üçün Astananın “Lokomotiv” klubunda oynayan Valeri Andronik, İqor Biqayev, Denis İluesku gəlməyəcək”.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0