“Araz Abdullayev məsələsi ilə əlaqədar “Everton”la ilkin müqavilə bağlanılıb”
24.05.2010 - 16:49
“Artıq Araz Abdullayev məsələsi ilə əlaqədar "Everton"la ilkin müqavilə bağlanılıb. Bununla bağlı danışıqlar davam etdirilir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
Klubun saytına verdiyi müsahibədə Sadıqov bildirib ki, milli komandamızın da üzvü olan 18 yaşlı yarımmüdafiəçiləri Araz Abdullayevin İngiltərənin “Everton” klubuna keçidi həll olunmaq üzrədir: “Hər bir həmyerlimizin xarici kluba transferi bizim fəxrimizdir. Buna görə də "Neftçi" rəhbərliyi gənc və perspektivli oyunçularının güclü xarici klublara keçidinə şərait yaratdı”.
Braziliyada apardıqları seleksiya işlərinə də toxunan prezident gələcək planlardan danışıb. Sadıqov seçim prosesinin davam etdiyini bildirib: “Artıq bir aya yaxındır ki, seleksiyaçı-məşqçimiz Bəxtiyar Musayev Braziliyadadır. O, "Flamenqo", "Botafoqo", "San-Paulo", "Santos" klublarının görüşlərini izləyir. Həm ön, həm orta, həm də arxa xətt oyunçusu ilə bağlı seçim aparır. Hazırda "Neftçi"nin üzvləri istirahətdədir. İyunun 20-də futbolçularımız bir araya gələcəklər və yeni mövsümün hazırlığına start veriləcək. Məqsədimiz növbəti çempionata ciddi hazırlaşıb, uğurlu oyun göstərmək, azarkeşlərimizə qələbə sevincləri yaşatmaqdır. İnanıram ki, komandamız yeni mövsümdə adına layiq çıxış edəcək və çempion titulunu qazanacaq”.

0
0