Yığmamızın qapıçısı Türkiyə klublarının maraq dairəsində
24.05.2010 - 17:00
Ötən mövsümü “Standard” klubunda keçirən qapıçı Anar Nəzirov karyerasını ölkə xaricində davam etdirə bilər. Perspektivli futbolçu Türkiyə çempionatının I dəstəsində mübarizə aparan 2 komandanın maraq dairəsinə düşüb.
Bu barədə apasport.az saytına açıqlama verən 25 yaşlı qapıçının sözlərinə görə, menecerlər vasitəsilə onun haqda məlumat toplayan klub nümayəndələri bəzi oyunların videoyazılarını da izləyiblər: “Türkiyə Bank Asya liqasında oyunlar yeni başa çatdığı üçün klublar istirahətə yollanıb. Komandalar hazırlığa iyunun əvvəllərində başlayacaqlar. Həmin vaxt menecerlə əlaqə saxlayıb, nə vaxt qonşu ölkəyə yollanmalı olduğumu bildirəcəklər”.
Xatırladaq ki, “Neftçi” ilə yanaşı, “Turan” və “Standard”ın da şərəfini qorumuş Nəzirov perspektivli qapıçı kimi, həm Şahin Diniyevin, həm də Berti Foqtsun rəhbərliyi dövründə Azərbaycan milli komandasına cəlb olunub. Hətta bu yaxınlarda yığmanın toplanışına da çağırılan qapıçı kiçik zədə üzündən son turlarda komandasına kömək edə bilmədiyi üçün yığmamızın Avstriyadakı hazırlığına yollana bilmədi.

0
0