“Neftçi” Avstriyaya gedir
25.05.2010 - 16:44
Bakının “Neftçi” klubunun yeni mövsümə hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, flaqmanın 2010/11 mövsümünə hazırlıqları 3 mərhələdən ibarət olacaq.
Hazırda istirahətdə olan “ağ-qaralılar” iyunun 21-də məşqlərə başlayacaqlar. Bakıda keçiriləcək ilk mərhələ iyunun 26-da yekunlaşacaq. Bundan sonra Avstriyaya yollanacaq “Neftçi” iyunun 28-dən iyulun 10-dək orada təlim keçəcək. Bu müddətdə təmsilçimiz bir neçə yoldaşlıq görüşündə də qüvvələrini sınayacaq. Hazırlığın sonuncu, üçüncü mərhələsi iyulun 15-dən 24-dək Avropa ölkələrinin birində olacaq. Həmin ərəfədə də komandamız yoxlama matçları keçirəcək.
Qeyd edək ki, komandanın baş məşqçisi Arif Əsədov artıq bu gün Avstriyaya yola düşüb. Gənc çalışdırıcı orada oyunçu seçimi və qarşıdakı toplanışın təşkilati məsələləri ilə məşğul olacaq.
Mənbə: neftchifc.com

0
0