“Raykaard “Qalatasaray”dakı ulduzları “söndürdü”
25.05.2010 - 17:10
“Komandanın tutduğu yer və oyunlarda qeydə alınan bəzi nəticələr “Qalatasaray”lıları üzdü. Ancaq mən bundan hər kəsin nəticə çıxaracağını, dərs götürəcəyini düşünürəm. Hazırda komanda rəhbərliyi növbəti mövsüm üçün gənc və dinamik futbolçuları heyətə qatır. Əgər belə davam edərsə, “Qalatasaray” istədiyi arzuya çatacaq”. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, bu fikirləri “Qalatasaray” komandasının İdarə Heyətinin sabiq üzvü, klub azarkeşlərinin sevimlisi Əbdürrəhim Albayraq bildirib.
O, komandanın zəif çıxış etməsində hollandiyalı baş məşqçi Frank Raykaardı günahlandırsa da, onun “Qalatasaray”da qalmasını da istəyib: “Mövsümün başlanğıcında komandaya böyük sərmayələr qoyuldu. Hamı “Qalatasaray”in çempion olmasını gözləyərkən hər şey tərsinə oldu. Komanda sonda bürünclə kifayətləndi. Amma rəhbərlik baş məşqçinin istədiyi bütün futbolçuları İstanbula gətirdi. Bu futbolçuların bəziləri isə “sarı-qırmızılı” komandanın adını müxtəlif yerlərdə səsləndirdilər.
Maraqlıdır ki, Raykaard bu mövsüm kluba yeni ulduz da qazandıra bilmədi. Amma Şenol Günəşə diqqət yetirin. “Trabzonspor”a gəldikdən sonra yığmaya Onur kimi bir qapıçı yetişdirdi. Hollandiyalı mütəxəssis isə əksinə, “Qalatasaray”dakı ulduzları “söndürməklə” məşğul oldu. Amma növbəti ildə də onun komandada qalmasını istəyərəm. Çünki heyəti özü qurub və növbəti il üçün planlarını hazırlayıb. O, komandaya xeyir vermək istəyirsə, adının başqa komandalarda da hallanmasına da son qoymalıdır”.

0
0