“Azərbaycan yığmasının futbolçusu bizimlə müqavilə bağlamağa gələcək”
25.05.2010 - 17:13
Azərbaycan milli komandasının daha bir futbolçusu Türkiyənin “Orduspor” klubunda yer alacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, birinci liqada çıxış edən Ordu şəhərinin təmsilçisi yığmamızın milliləşən braziliyalı futbolçusu Fabio Luis Ramimi transfer etməkdə israrlıdır.
“Orduspor”un prezidenti Nedim Türkmən türkiyəli həmkarlarımıza açıqlamasında yeni mövsüm öncəsi transfer çalışmalarını sürdüklərini və “Bakı” klubunda oynayan Ramimlə prinsipcə anlaşdıqlarını bildirib: “Orta sahədə oynayan bu futbolçunun 29 yaşı var, Azərbaycan milli komandasının üzvüdür. Fabio yaxın günlərdə Türkiyəyə gələrək “Orduspor”la 1,5 illik müqaviləyə imza atacaq”.
Qışda yığmamızın digər futbolçusu Anatoli Ponomaryovu transfer edən “Orduspor”un prezidenti ondan razı qaldığı üçün daha bir futbolçumuzun xidmətində maraqlı olduğu söyləmişdi: “Yeni mövsüm ərəfəsində heyətimizi gücləndirəcəyik. İmkan olarsa, daha bir azərbaycanlı futbolçunu transfer edəcəyik”.
Maraqlıdır ki, Fabio Azərbaycan kubokunu qazanandan sonra “Bakı” ilə müqaviləni daha iki illik uzatmaqla bağlı razılığa gəlib. Yəni 2008-ci ildə bu komandaya keçən Ramim anlaşmasını 2012-yə kimi uzadıb. Deməli, futbolçunun transfer hüquqları “Bakı”ya məxsusdur.
Qeyd edək ki, Fabio hazırda milli komandamızın heyətində Avstriyada təlim-məşq toplanışında iştirak edir.

0
0