“Pandevi Azərbaycan yığması ilə oyuna çağırmağa ehtiyac yoxdur”
26.05.2010 - 09:56
Makedoniya milli komandasının lideri Qoran Pandev Azərbaycan yığmasına qarşı oynamayacaq. Apasport.az saytının məlumatına görə, balkanlıların baş məşqçisi Mirsad Yonuz keçirdiyi mətbuat konfransında İtaliyanın “İnter” klubunun heyətində Çempionlar Liqasını qazanan ulduz futbolçunun yığmanın düşərgəsinə gəlməyəcəyini açıqlayıb.
Avstriyada keçiriləcək təlim-məşq toplanışında Azərbaycan və Rumıniya ilə görüşəcək makedoniyalılar ağır mövsüm keçirən Pandevin belə matçlarda özünü yormasını mənasız sayıb: “Pandevi Azərbaycan və Rumıniya yığmaları ilə oyuna çağırmağa ehtiyac yoxdur. Onu U-21-in üzvü Agim İbraimi əvəzləyəcək. Ondan başqa gənclər yığmasının daha bir üzvü Bleyz İliyoskini də düşərgəyə dəvət etmişəm. Seçmə oyunlar ərəfəsində futbolçularımızın oyun praktikası qazanmağı lazımdır”.
Qeyd edək ki, Azərbaycan – Makedoniya oyunu mayın 29-da Avstriyada keçiriləcək.

0
0