“Azərbaycan yığması Ermənistan millisinə uyğun rəqibdir”
26.05.2010 - 10:05
Makedoniya milli komandasının Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, balkanlıların baş məşqçisi Mirsad Yonuz keçirdiyi mətbuat konfransında millimizlə görüşün Avro-2012-nin seçmə mərhələyə hazırlıq planına uyğun olduğunu bildirib.
Mütəxəssis komandamızın güc və səviyyəsinin payızda qarşılaşacaqları Ermənistan yığması ilə təxminən eyni olduğunu düşünür: “Seçmə mərhələyə Ermənistan və Slovakiya ilə qarşılaşmalarla başlayacağıq. Bu səbəbdən onlara uyğun gələn rəqiblərlə yoxlama oyunu keçirməyimiz lazım idi. Bu məqsədlə müvafiq olaraq Azərbaycan və Rumıniya ilə qarşılaşacağıq”.
Qeyd edək ki, makedoniyalılar seçmə mərhələdə Ermənistan və Slovakiya ilə yanaşı, Rusiya, Andorra və İrlandiya ilə mübarizə aparacaq.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0