Daum: Buradan getməyimi istəyirlərsə, 12,4 milyon avronu versinlər və sağollaşaq
26.05.2010 - 10:09
Türkiyə Super Liqasının son turunda çempionluğu itirən “Fənərbaxça”nın baş məşqçisi Kristof Daum postundan getməyəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Trabzonspor”la son qarşılaşmadan öncə “komanda rəhbərliyi bu mövsümü uğursuz sayarsa, “Fənərbaxça”nın uğur qazanması üçün İstanbulu tərk edərəm” deyən almaniyalı çalışdırıcı klubla 2 il müqaviləsinin olduğunu və buradan ancaq təzminat alacağı halda gedəcəyini bildirib.
Müqavilənin şərtlərinə əsasən ilinə 6,4 milyon avro qazanan Kristof Daum son mövsümdə “sarı-lacivərdli” futbolçuların uğurlu çıxış etdikləri qənaətindədir: “Mövsümün sonu çətin keçsə də, çox gözəl oyun nümayiş etdirdik. Axırıncı 10 oyunda qapımızda cəmi 1 qol gördük ki, bu qol da çempionluğumuzu itirməyimizlə nəticələndi. Super Liqada necə çıxış etdiyimizi bu fakt da sübut edir. Bir sözlə, komandanın ili pis keçirməsi ilə deyilənlərlə razılaşmıram”.
Almaniyalı mütəxəssis İstanbulu yalnız 12,4 milyon avro alacağı halda tərk etmək barədə fikirləşə bilər: “Komanda ilə 2 illik müqaviləm var. Əgər buradan getməyimi istəyirlərsə, 12,4 milyon avronu versinlər və sağollaşaq. Artıq bunun üçün vəkilimlə də söhbət etmişəm”.
Qeyd edək ki, son mövsümdə “Fənərbaxça” Kristof Daumun rəhbərliyi altında Türkiyə çempionatının gümüş medalına sahib olub.

0
0