Azərbaycan yığmasının baş məşqçisi: Nəticə vacibdir, amma...
26.05.2010 - 10:23
“Moldovadakı təlim-məşq toplanışını təşkil etməkdə əsas məqsədimiz hazırda heyətə cəlb etdiyimiz bəzi yeni oyunçuları sınaqdan çıxarmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippert deyib.
Sabah Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək yığmanın almaniyalı çalışdırıcı qarşılaşma haqda fikirlərini AFFA-nın rəsmi internet saytına açıqlayıb: “Özlərini yaxşı cəhətdən göstərən futbolçuları Belarus və Albaniya ilə qarşıdakı seçmə görüşlərə də dəvət edəcəyik. Düzdür, biz hər oyunda qalib gəlməyə çalışırıq, o cümlədən mayın 27-də keçiriləcək Moldova ilə yoldaşlıq görüşündə də qələbə qazanmaq üçün səy göstərəcəyik. Bir sözlə, nəticə vacibdir, amma nəticədən də vacib bizim üçün qarşıdakı seçmə oyunların taktikasını işləmək və futbolçuların hazırkı hazırlıq səviyyəsini bilməkdir”.
Qeyd edək ki, Azərbaycan və Moldovanın 21 yaşadək futbolçuları arasında sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0
0