Millimizin oyununda rusiyalı “casuslar” olacaq
26.05.2010 - 10:44
Azərbaycan milli komandasının Avstriyada keçirəcəyi yoldaşlıq oyunlarında “casus”lar da olacaq. Apasport.az saytının məlumatına görə, mayın 29-da Makedoniya yığması ilə görüşəcək Berti Foqtsun yetirmələrini Rusiya yığmasının nümayəndələri izləyəcək. Buna şimal qonşularımızın Avro-2012-nin seçmə mərhələsində balkanlılarla eyni qrupda yer alması səbəb olub.
Rusiyalıların yeni baş məşqçisi Dik Advokaat rəqiblərin oyunlarına “casus” göndərilməsini vacib sayır. Dublinə yollanıb İrlandiya yığmasını canlı izləyəcək mütəxəssis məşqçilər korpusunda yer alan köməkçilərinə Makedoniya və Slovakiyanı izləməyi tapşırıb. Lakin çox ehtiyatlı olan hollandiyalı zəif Andorraya da yuxarıdan aşağı baxmağın əleyhinədir. Bu məqsədlə rusiyalı məşqçilərdən biri də Albaniya ilə görüşəcək “cırtdan” ölkə təmsilçisini izləyəcək.
Qeyd edək ki, mayın 29-da keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0