Vaqif Cavadovun “Tvente”də yeni rəqibi peyda oldu
26.05.2010 - 11:24
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubunda əsas heyətə düşmək işi bir qədər də çətinləşib. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu olan Enshede təmsilçisi İsveç yığmasının hücuma meylli yarımmüdafiəçisi Emir Bayramini transfer edib. İsveçin “Elfsborq” klubundan gələn 22 yaşlı futbolçu “Tvente” ilə 4 illik müqavilə bağlayıb.
Vaqifin heyətə düşmək uğrunda rəqibi UEFA-nın rəsmi saytına açıqlamasında yeni klubunda oynamağı çoxdan arzuladığını bildirib: “Tvente” inkişaf edən klubdur. O, Hollandiya çempionu olub və birbaşa Çempionlar Liqasının qrup mərhələsinə çıxıb. Mən hələ uşaqlıqdan bu komandada oynamağı arzulayırdım”.
Qeyd edək ki, Bayrami “Tvente”nin yeni baş məşqçisi Mişel Pryudomun ilk transferi olub. Sabiq çalışdırıcı Stiv Maklarenin qışda transfer etdiyi 21 yaşlı hücumçumuz zədə üzündən əsas komandada debüt etməyib.

0
0