Azərbaycanda transfer pəncərəsinin vaxtı açıqlandı
26.05.2010 - 11:30
Azərbaycanda transfer pəncərəsinin vaxtı açıqlandı
Azərbaycan klubları üçün transfer pəncərəsinin vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) 2010/2011-ci il mövsümü üçün yay və qış transfer dövrünün müəyyən edildiyini açıqlayıb.

13 gündən sonra açılacaq yay transfer dövrü 85 gün - iyunun 8-dən avqustun 31-dək davam edəcək. Klublarımız qış fasiləsində heyətlərinə cəlb etdiyi oyunçuları 29 gün ərzində qeydiyyatdan keçirə bilər. Belə ki, bunun üçün müəyyənləşdirilən müddət gələn il yanvarın 14-dən fevralın 11-dək davam edəcək.