“Xəzər-Lənkəran” 34 yaşlı hücumçu ilə müqavilə bağladı
26.05.2010 - 11:54
“Xəzər-Lənkəran” klubu keçmiş futbolçusu Xaqani Məmmədovu geri qaytarıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi 2004-06-cı illərdə onun şərəfini qoruyan 34 yaşlı hücumçu ilə müqavilə bağlayıb. Anlaşmanın müddəti 2 il nəzərdə tutulub.
Amma Xaqani apasport.az-a açıqlamasında məlumatı təsdiqləməyib: “Xəzər-Lənkəran”a qayıtmaq istəsəm də, bu, hələ reallaşmayıb. Ortada konkret bir şey yoxdur. Ümumiyyətlə, heç bir klubumuzla danışığım olmayıb”.
Məmmədov xəbəri təkzib etsə də, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, məsələ artıq həll olunub və bu transfer yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, Xaqani gümüş medal qazandığı “Xəzər-Lənkəran”ın heyətində 51 oyunda 8 qol vurub. Milli komandamızda da oynamış təcrübəli hücumçu 2008-ci ildə “İnter”lə çempionluq qazanan zamanı mövsümün bombardiri olub. Lənkəran təmsilçisi yeni mövsümə “Qəbələ” klubundan yığmamızın gənc müdafiəçisi Vurğun Hüseynovu transfer edib.

0
0