“İnter” klubu Bolqarıstanı seçdi
26.05.2010 - 12:03
Son Azərbaycan çempionu olan Bakının “İnter” klubu yeni mövsümə hazırlıq planlarını müəyyənləşdirir. Klubun baş menecerinin müavini Kamran İsmayılovun apasport.az saytına verdiyi məlumata görə, ölkədən kənarda təlim-məşq toplanışını Bolqarıstanda keçəcəkləri gözlənilir. İsmayılov təşkilati işlərlə əlaqədar bu ölkəyə səfər edəcəyini bildirib: “Hazırlıq prosesini böyük ehtimalla bu ölkədə keçirəcəyik. Mayın 29-da Bolqarıstana gedib, vəziyyətlə yerində tanış olacağam. Səfərim qısa müddətli olacaq və iyunun ilk günlərində vətənə dönəcəyəm. Bundan sonra hər şeyə tam aydınlıq gələcək”.
İsmayılovun sözlərinə görə, Bolqarıstanda toplanışları iyunun 15-dən iyulun 6-na kimi olacaq: “Orada hazırlıq prosesinin müddəti Çempionlar Liqasının püşkatmasından sonra dəqiqləşəcək. Belə ki, ilk oyunu səfərdə keçirməli olsaq, Bolqarıstandakı toplanışımız iyulun 11-nə kimi sürəcək və ilk görüşə birbaşa oradan yollanacağıq. Yeni mövsüm hazırlıqlarına iyunun 7-dən başlayacağıq. Bakıda yığışacaq komanda iyunun 13-ə kimi ölkə daxilində hazırlıq keçəcək”.
Qeyd edək ki, avrokubokların püşkatması iyunun 21-də keçiriləcək. İndiyə kimi Bolqarıstanda hazırlıq keçmiş “İnter”in təlim-məşq toplanışı üçün Türkiyə və Avstriya variantları da var idi.

0
0