Azərbaycan milli komandası FİFA-nın reytinqində yenə irəlilədi
26.05.2010 - 13:52
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə bir pillə irəliləyib. 109-cu yerə çıxan milli komandamızın hesabında 259 xal var. UEFA-nın reytinqində 45-ci olan Berti Foqtsun yetirmələrinin bu gün yoldaşlıq görüşü keçirəcəyi Moldova yığması (378 xal) 5 pillə geriləyərək, 89-cu yerə düşüb. Avstriyadakı digər rəqiblərimizdən Makedoniya yığması (521 xal) 1 pillə geriləyərək, 61-ci yerə enib. İyunun 2-də görüşəcəyimiz Honduras yığması (734 xal) isə 4 pillə irəliləyib və 38-ci yerə yüksəlib.
Milli komandamızın AÇ-2012-də rəqiblərimizdən Almaniya (1082 xal) 6-cı, Qazaxıstan (183 xal) 129-cu pillədə mövqeyini qoruyub. 4 pillə irəliləyən Türkiyə millisi (830 xal) 29-cu yerə yüksəlib. 59-cu yerə qalxan Belçika yığması (541 xal) 3 pillə irəliləyib. Yeganə geriləyən (4 pillə, 479 xal) Avstriyadır - 68-ci yer.
Qeyd edək ki, reytinqin ilk üçlüyündə yerdəyişmə olmayıb. Braziliya (1611 xal) 1-ci, İspaniya (1565 xal) 2-ci, Portuqaliya (1249 xal) 3-cü pillədə qalıb.

0
0