FİFA-nın sabiq prezidentində infeksiya tapılıb
26.05.2010 - 14:26
FİFA-nın fəxri prezidenti Joao Avelanjın səhhətində problem yaranıb. Apasport.az saytının məlumatına görə, 94 yaşlı mütəxəssis sifətinə düşən infeksiya üzündən xəstəxanaya yerləşdirilib.
Həyatı təhlükədə olmayan sabiq FİFA rəhbəri antibiotiklərlə müalicə olunur. Sayca qurumun 7-ci prezidenti olan Avelanj 1974-1998-ci illərdə dünya futbol qurumuna rəhbərlik edib. O, artıq 12 ildir ki, assosiasiyanın fəxri prezidentidir.
Qeyd edək ki, 1963-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan Avelanj vaxtilə idmançı kimi iki Olimpiadanın iştirakçısı olub. O, 1936-cı ildə üzgüçülük, 1950-ci ildə su polosu üzrə Braziliya yığması ilə Olimpiya oyunlarına qatılıb.

0
0