“Xəzər-Lənkəran” Azərbaycan çempionunu transfer etdi
26.05.2010 - 15:00
“Xəzər-Lənkəran” klubu daha bir futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, cənublular Bakının “İnter” klubunun oyunçusu Asif Məmmədovla 2 illik müqavilə bağlayıb. Bununla da saytımızın bir neçə gün əvvəl verdiyi xəbər təsdiqlənib.
Müdafiəçi Vurgun Hüseynov və hücumçu Xaqani Məmmədovun ardından 3-cü transferini gerçəkləşdirən lənkəranlılar 24 yaşlı hücuma meylli yarımmüdafiəçinin də keçidini müsbət həll ediblər.
Qeyd edək ki, Asif son 2 ildə çıxış etdiyi “İnter”də gümüş və qızıl medal qazanıb.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0