“Qalatasaray” Çağlara görə 4 futbolçusundan imtina etdi
26.05.2010 - 15:22
“Qalatasaray” komandası heyətini gücləndirməkdə davam edir. İstanbul klubu bu dəfə “Dənizlispor”dan Çağlar Birincini də heyətinə qatıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, bunu “Dənizlispor”un prezidenti Əli İpək bildirib. O, “ay-ulduzlu” formanı geyinən Çağların əvəzinə “Qalatasaray”ın 4 futbolçu verəcəyini və müəyyən miqdarda pul ödəyəcəyini deyib: “Trabzonspor”un da istədiyi futbolçu üçün “sarı-qırmızılı” klubun rəhbərliyi ilə danışıqlara çoxdan başlamışdıq. Sonda Murad Akça, Erhan Şentürk, Semih Kaya, Sərdar Əylik və az miqdarda pul qarşılığında razılaşdıq. “Qalatasaray”dan aldığımız bu gənc futbolçular Bank Asiya I Liqasında inamlı çıxış etməyimiz üçün bizə yardımçı olacaqlar. Çağlara da yeni klubunda uğurlar arzulayıram”.
Qeyd edək ki, “Qalatasaray” Çağlar Birincidən əvvəl Gökçek Vederson, Sərdar Özkan və Mehmet Batdallı da heyətinə qatmışdı.
Qeyd edək ki, “Qalatasaray” Çağlar Birincidən əvvəl Gökçek Vederson, Sərdar Özkan və Mehmet Batdallı da heyətinə qatmışdı.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0