Bundesliqa klubunun meneceri futbolçularımızı izləmək üçün Avstriyaya gedib
26.05.2010 - 16:14
Almaniyanın “Fortuna” klubu Azərbaycan milli komandasının futbolçuları ilə maraqlanır. Apasport.az saytının məlumatına görə, ikinci bundesliqa təmsilçisinin meneceri Volf Verner yığma oyunçularımızı izləmək üçün Avstriyaya səfər edib.
Vaxtilə “Fortuna”nı çalışdırmış 68 yaşlı alman mütəxəssis milli komandamıza rəhbərlik edən həmyerlilərindən dəvət aldığını bildirib: “Komandamızda bir neçə vakant yer var. Məlum olduğu kimi, biz həmişə öz imkanlarımız daxilində hərəkət edirik. Heyətimizin gücləndirilməsini təmin etməliyik. Azərbaycan milli komandasının baş məşqçisi olan Berti Foqtsla köməkçisi Olaf Yanseni xeyli vaxtdır tanıyıram. Onlar öz futbolçularını mənə təklif ediblər. Bu məqsədlə bir həftəlik Avstriyaya gedirəm. Azərbaycan yığması orada mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də Honduras yığması ilə yoldaşlıq görüşü keçirəcək”.
Verner hazırda Kanar adalarında istirahətdə olan baş məşqçiləri Norbert Mayeri məsələ ilə bağlı məlumatlandırıb: “Təbii ki, Foqts öz futbolçularının inkişafını, təcrübələrinin artmasını istəyir. Bu mənada Almaniyada ikinci bundesliqa onlar üçün çox maraqlı olacaq”.
Qeyd edək ki, ötən mövsümü 4-cü yerdə bitirən “Fortuna”nın bundesliqaya qayıtması üçün 3 xal kifayət etməyib. Tanınmış rus hücumçusu Dmitri Bulıkinin oynadığı komandanı çalışdıran Mayer Almaniya yığmasında çıxışı ilə tanınıb. “Verder”, Foqtsun futbolçu karyerasını keçirdiyi Münhenqladbaxın “Borussiya” klubunun şərəfini qorumuş 52 yaşlı veteran yarımmüdafiəçi AÇ-84-ün final mərhələsinin iştirakçısı olub.

0
0