Vaqif Cavadov Moldova yığması ilə oyun zamanı velosiped sürəcək
26.05.2010 - 17:11
Vaqif Cavadov Moldova yığması ilə oyun zamanı velosiped sürəcək
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Moldova yığması ilə bu gün Avstriyada keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcək.

Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Hollandiyanın son çempionu olan “Tvente” klubunun 21 yaşlı hücumçusu hazırda oyuna yollanan yığmamızın sıralarında deyil. Vaqif moldovalılarla görüşə getməyərək, bazada qalmalı olub. Yığmamızın baş məşqçisi Berti Foqts bərpa prosesi keçən Cavadova şəhərcikdə velosiped sürməyi tapşırıb. O, bunu Foqtsun köməkçilərinin birini nəzarəti altında həyata keçirəcək.

Qeyd edək ki, zədə üzündən bu ilin yarısını boşa verməli olan Vaqif “Tvente”nin əsas komandasında debüt etməyib. Cərrahiyyə əməliyyatı olunan hücumçu hələ tam hazır deyil, oyun praktikası sarıdan korluq çəkir. Foqts Cavadovu bu ilin martında Lüksemburqla səfərdə yoldaşlıq görüşünə çağırsa da, ehtiyatda saxlamışdı.